logo
{lang_unvan_melumati}

{lang_haqqimizda}

ECOSPHERE MMC 2012-ci ildə yaradılmış mühəndislik şirkətidir. Şirkət müxtəlif təyinatlı obyektlər üçün mühəndis kommunikasiya sistemlərinin layihələndirilməsi, mühəndis nəzarəti və icrası sahəsində fəaliyyət göstərir.

Mexaniki, elektrik, su təchizatı-kanalizasiya və digər mühəndis sistemləri üzrə enerji səmərəliliyini təmin edən optimallaşdırılmış həllər təqdim edirik. Layihələndirmə mərhələsindən başlayaraq montaj və istismara təhvilə qədər bütün proseslər texniki standartlara uyğun mühəndis nəzarəti altında həyata keçirilir.Fəaliyyətimiz texniki dəqiqlik, enerji səmərəliliyi, təhlükəsizlik və beynəlxalq mühəndislik normalarına uyğunluq prinsiplərinə əsaslanır. Məqsədimiz müştərilər üçün dayanıqlı, funksional və uzunömürlü mühəndis sistemləri yaradaraq enerji istehlakını optimallaşdırmaqdır.


İsitmə, Soyutma, Ventilyasiya və Kondisionerləşmə (HVAC) Sistemləri

Müasir obyektlərdə komfort, enerji səmərəliliyi və sağlam mikroiqlimin təmin edilməsi üçün kompleks HVAC həlləri təqdim edirik. Bütün sistemlər texniki norma və beynəlxalq standartlara uyğun şəkildə layihələndirilir və icra olunur.

  • İsitmə sistemləri – Qazanxanalar, istilik mərkəzləri, radiator və döşəməaltı isitmə sistemlərinin hesablanması və quraşdırılması
  • Soyutma sistemləri – Çiller, VRV/VRF və digər mərkəzi soyutma sistemlərinin layihələndirilməsi və tətbiqi
  • Ventilyasiya sistemləri – Təmiz hava təminatı, hava mübadiləsi və sənaye ventilyasiyası həlləri
  • Kondisionerləşmə sistemləri – Split və mərkəzi sistemlərin quraşdırılması və istismara verilməsi
  • Balanslaşdırma və avtomatlaşdırma – Optimal performans və enerji səmərəliliyi üçün test və tənzimləmə işləri


Elektrik Sistemləri

  • Aşağı gərginlik şəbəkələri – Elektrik təchizatı və paylanma sistemlərinin layihələndirilməsi və quraşdırılması
  • Paylayıcı lövhələr və panellər – Yığım, montaj və istismara verilmə
  • İşıqlandırma sistemləri – Daxili və xarici işıqlandırma həlləri
  • Zəif cərəyan sistemləri – Data, telefon, videomüşahidə, girişə nəzarət və siqnalizasiya sistemləri
  • Qoruyucu və avtomatika avadanlıqları – Elektrik təhlükəsizliyinin və fasiləsiz enerji təchizatının təmin edilməsi
  • Test və ölçmə işləri – Sistemlərin normativ tələblərə uyğunluğunun yoxlanılması və sənədləşmə


Aşağı Gərginlik (Low Voltage) Sistemləri

  • Elektrik təchizatı və paylanması – Aşağı gərginlik şəbəkələrinin layihələndirilməsi və quraşdırılması
  • Paylayıcı lövhələr və elektrik panelləri – Yığım, montaj və istismara verilmə
  • İşıqlandırma sistemləri – Daxili və xarici işıqlandırma həllərinin tətbiqi
  • Qoruyucu və avtomatika avadanlıqları – Elektrik təhlükəsizliyinin təmin edilməsi
  • Test və ölçmə işləri – Sistemlərin normativ tələblərə uyğunluğunun yoxlanılması


Zəif Cərəyan (Weak Current) Sistemləri

  • Strukturlaşdırılmış kabel şəbəkələri (Data və Telefon) – Etibarlı və sürətli məlumat ötürülməsi üçün layihələndirmə və quraşdırma
  • Videomüşahidə (CCTV) sistemləri – Obyektlərin 24/7 təhlükəsizlik nəzarəti
  • Girişə nəzarət və keçid sistemləri (Access Control) – İcazəli girişin idarə olunması və təhlükəsizliyin artırılması
  • Yanğın siqnalizasiya sistemləri – Erkən xəbərdarlıq və avtomatik bildiriş həlləri
  • Səsli elan və interkom sistemləri – Daxili kommunikasiya və fövqəladə bildiriş sistemləri


Yanğınsöndürmə və Duman Təxliyə Sistemləri

  • Avtomatik yanğınsöndürmə sistemləri – Sprinkler, su, köpük və qazlı (FM tipli) sistemlərin layihələndirilməsi və quraşdırılması
  • Duman təxliyə və tüstü idarəetmə sistemləri – Yanğın zamanı təhlükəsiz evakuasiyanı təmin edən mexaniki və avtomatlaşdırılmış həllər
  • Nasos stansiyaları və yanğın su anbarları – Normativ tələblərə uyğun hesablama və montaj
  • Sistemlərin test və istismara verilməsi – Tam funksional sınaqlar və texniki sənədləşmə


Su Təchizatı və Kanalizasiya Sistemləri

  • İsti və soyuq su təchizatı sistemləri – Layihələndirmə, boru xətlərinin çəkilməsi və avadanlıqların quraşdırılması
  • Kanalizasiya sistemləri – Məişət və sənaye tullantı sularının təhlükəsiz şəkildə uzaqlaşdırılması
  • Yağış və drenaj sistemləri – Yağış və yeraltı suların idarə olunması üçün mühəndis həlləri
  • Nasos sistemləri və test işləri – Uyğun avadanlığın seçilməsi, quraşdırılması və hidravlik sınaqlar
  • Qazanxana sistemləri