logo
{lang_unvan_melumati}

Qazanxana nədir?

Qazanxana nədir?

Qazanxana – istilik və buxar istehsalı üçün nəzərdə tutulmuş, daxilində qazan və yardımçı avadanlıqların yerləşdiyi, adətən ayrıca tikili və ya bina kompleksidir.

Qazanxananın əsas məqsədi istehlakçıları (istehsal və ya isitmə məqsədilə) isti su və/və ya buxar ilə təmin etməkdir.

İstiliyin istehsalı əsasən yanacağın yanması nəticəsində qazanlarda baş verir və bu proses istilik mübadiləsi və konveksiya vasitəsilə həyata keçirilir.

Qazanxanalarda istifadə olunan qazanlar yanacaq növünə görə fərqlənir: qaz, dizel və ya qaz-dizel. Eyni zamanda, istehsal olunan enerji daşıyıcısına görə də fərqləndirilir: isti su və ya buxar.

Adətən buxar qazanxanaları kənd təsərrüfatı və sənaye sahələrində, isti su qazanxanaları isə yaşayış və ictimai obyektlərin istilik və isti su tələbatını ödəmək üçün istifadə olunur.

Qazanxanalar aşağıdakı parametrlərə görə təsnif edilir:

  1. Yerləşmə növünə görə: mərkəzi, rayon tipli, fərdi və blok-modul tipli
  2. İstifadə olunan yanacağa görə: qaz, bərk yanacaq (kömür, odun, pellet, taxta qırıntısı, torf və s.), dizel, qarışıq (qaz-dizel)
  3. Qazan növünə görə: buxar, isti su, termik yağ
  4. İstilik yükünə görə: yaşayış binaları, sənaye obyektləri, ictimai tikililər və s.

Qazanxanalar və qazanxana avadanlıqları ilə bağlı ətraflı məlumat və ya sifariş üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Şirkətimiz qazanxana sistemlərinə aid bütün məhsul və avadanlıqların A-dan Z-yə təminatını həyata keçirir.